AZ

Azərbaycanda cinayətlər ən çox hansı bölgədə törədilir?

Azərbaycanda ötən il qeydə alınmış cinayətlərin sayı 2023-cü illə müqayisədə azalıb.

Publika.az xəbər verir ki, Modern.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, 2023-cü ildə 36 811, 2024-cü ildə isə 33 379 cinayət hadisəsi baş verib. Bu, ümumi göstəricinin 3 432 fakt və ya 9,3 faiz azaldığını göstərir.

Cinayətlərin böyük hissəsi paytaxt Bakının payına düşüb (15 613 fakt). Paytaxtda ən çox cinayət Binəqədi, Sabunçu, Nəsimi və Yasamal rayonlarında qeydə alınıb.

İqtisadi rayonlar arasında Bakı və Abşeron-Xızıdan sonra ən çox cinayət Lənkəran-Astara bölgəsində qeydə alınıb (1748 fakt).

Seçilən
30
22
publika.az

10Mənbələr