Səudiyyə Ərəbistanı Alyaskada Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutmuş danışıqları alqışlayıb və Ukraynada konfliktin nizamlanması üçün bütün səyləri dəstəklədiyini bəyan edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə krallığın xarici işlər nazirliyinin bəyanatında qeyd olunub.
Nazirlik həmçinin qeyd edib ki, Ər-Riyad “Rusiya–Ukrayna böhranının sülh yolu ilə həllinə və iki ölkə arasında sülhün bərqərar olunmasına yönəlmiş bütün diplomatik səyləri dəstəkləyir”.