Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Qarabağ”ın ən böyük azarkeş qrupu “İmarət Tayfa” “feysbuk” hesabında bəyanat yayıb:
“Qarabağ”ımız növbəti dəfə Çempionlar Liqasının pley-offuna adladı. Hamımız sevincli və həyəcanlıyıq. Komandamıza təbriklər yağır. Növbəti turda rəqibimiz Macarıstan “Ferentsvaroş”udu. Qurban sehrini nəzər alsaq, komandamız tarixində ikinci dəfə Çempionlar Liqasına ən üst mərhələsinə vəsiqə qazanacaq. Bundan sonra yeni formata uyğun ayrı-ayrı güclü komandalarla mübarizə aparmalı olacağıq. Ötən il Avropa Liqasının reqlamentinin bizim üçün nə qədər çətinlik yaratdığını gördük. Gəlin özümüzü aldatmayaq. Nə “Şelburn”, nə də “Şkendiya” “dişli” rəqib idi. 10 top vurub, 1 top buraxmışıq deyə öyünmək də olmaz. Çempionlar Liqası gəlirlərini hesablasaq, klub çətinliklə də qarşılaşmayacaq. Komandaya təcili hücumçu və vinger lazımdı. Qarşıdakı günlərdə yeni transferlərin açıqlanacağına inanırıq, gözləyirik”.
MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.