ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir.
“Ölkə.az” xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
"Əsas məsələ Ukrayna münaqişəsinin həlli üçün ərazilərin mübadiləsi məsələsidir. Biz bunu bazar ertəsi müzakirə etmək niyyətindəyik. Ümid edirik ki, bu məsələdə müəyyən aydınlığa nail olacağıq və ümid edirik ki, bunların hamısı tezliklə sülh sazişi ilə başa çatacaq", - o, CNN telekanalının efirində bildirib.(report)