AZ

İsmayıllıda idarəetmədən çıxan avtomobil aşıb, xəsarət alanlar var

İsmayıllıda sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qaraməryəm – İsmayıllı – Şəki magistral yolunun rayonunun Kürdmaşı kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı maşında olan 1997-ci il təvəllüdlü F. Əsədov və 1971-ci il təvəllüdlü Ş. Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblər.

Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
50
report.az

10Mənbələr