İsmayıllıda sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb.
Referans xəbər verir ki, hadisə Qaraməryəm – İsmayıllı – Şəki magistral yolunun rayonunun Kürdmaşı kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı maşında olan 1997-ci il təvəllüdlü F. Əsədov və 1971-ci il təvəllüdlü Ş. Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblər.
Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.