AZ

KİV: Tramp görüşdə Zelenskiyə təzyiq göstərəcək

BAKI, 18 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyanın şərtlərini qəbul etməsi üçün Ukrayna lideri Volodimir Zelenskiyə təzyiq göstərəcək.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr bildirir ki, Avropa təmsilçiləri Ukraynanın bütün ərazilərini geri qaytara bilməyəcəyini etiraf edirlər. Qərb ölkələrinin Uraynanın ərazi itkilərini minimuma endirməyə və işğal edilən bölgələri Rusiyanın tərkibində tanımayacaqlarına çalışdıqları vurğulanır.

Yada salaq ki, Zelenski avqustun 18-də Vaşinqtonda Trampla görüşəcək. Onu görüşdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Giorgia Meloni müşayiət edəcək. Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iclasda iştirak etmək planlarını açıqlayıb.

Seçilən
55
26
teleqraf.com

10Mənbələr