AZ

Paşinyan üzr istədi

Ermənistanın baş naziri Nikol Paşinyan erməni apostol kilsəsinin ruhanilərinə ünvanlanan ifadələrə görə üzr istəyib.

Herbiand.az Oxu.Az -a istinadən xəbər verir ki, müvafiq mesaj baş nazirin "Facebook" sosial şəbəkəsində dərc edilib.

"Korrupsiyanın qarşısının alınması üzrə komissiya mənim çıxışımda iki məlum epizodda davranış qaydalarının pozulmasını qeyd edib. Baxmayaraq ki, bəzi məqamlarla tam razı deyiləm, üzr istəyirəm", - Paşinyan yazıb.

Bundan əvvəl komissiya Paşinyan tərəfindən məmurların davranış kodeksini pozduğu qənaətinə gəlib. Təhqiqat Paşinyan Erməni Apostol Kilsəsinin ruhaniləri haqqında xoşagəlməz şərhlərin yer aldığı paylaşımından sonra başlayıb. Baş nazirin açıqlamaları linqvistik ekspertizadan keçirilib və müəyyən edilib ki, Paşinyanın paylaşımı söz seçimi baxımından kobud və ədəbsiz məna çalarlarına malikdir.

Seçilən
29
20
herbiand.az

10Mənbələr