
Bu gün saat 20:00-da (Bakı vaxtı ilə-red.) Avropa ölkələrinin liderləri Ağ evə gələcəklər. Saat 21:00-da Tramp Zelenskini qarşılayacaq, bundan sonra onlar saat 21:15-də görüşə başlayacaqlar.
Reyting.az xəbər verir ki, bu barədə “Roll Call” qəzeti Ağ evin iş cədvəlinə istinadla məlumat yayıb.
Tramp-Zelenski görüşünün ardınca saat 22:15-də ABŞ lideri Avropa liderlərini salamlayacaq. Geniş görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Ukrayna lideri V. Zelenski artıq Vaşinqtona gəldiyini açıqlayıb. O, “Telegram” kanalında təsdiqləyib ki, D. Trampla görüşəcək.
Zelenski Vaşinqtona dəvətə görə Ağ ev rəhbərinə təşəkkür edib. Onun sözlərinə görə, “bütün tərəflər eyni dərəcədə bu müharibəni tez və etibarlı şəkildə bitirmək istəyirlər”.
E. KAMAL