AZ

Çin avtomobillərində UCUZLAŞMA - VİDEO

Avtomobil bazarını ələ alan Çin maşınlarında ciddi ucuzlaşma müşahidə olunur. Elan saytlarına nəzər saldıqda bu avtomobillərin son 2 ayda 4 min manata yaxın ucuzlaşdığı görünür. Ekspertlər bunu müxtəlif amillərlə əlaqələndirirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, nəqliyyat eksperti Yasin Mustafayev bildirir ki,  hazırda ölkəyə gətirilən Çin avtomobillərinin 70 faizdən çoxu qeyri-rəsmi idxalçılar tərəfindən gətirilir. Yalnız 30 faizi isə rəsmi dilerlər vasitəsilə, birbaşa zavoddan və zəmanətlə satılır. Qeyri-rəsmi idxalçılar arasında rəqabət o qədər güclənib ki, bu da günü-gündən qiymətlərin enməsinə səbəb olur.

Yasin Mustafayev bildirir ki, belə avtomobillərə zəmanət verilmir. Bu səbəbdən də nəqliyyat vasitəsində olan hər hansı zavod qüsuru və ya nasazlığın xərcini avtomobil sahibi özü qarşılamalı olur.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az 

Seçilən
16
50
milli.az

10Mənbələr