AZ

Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedib

Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedib. 1news.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat yayıb.
O, müharibənin tez və etibarlı şəkildə başa çatmasının bütün tərəflərin ortaq istəyi olduğunu bildirib: “Necə ki, illər əvvəl Ukrayna Krım və Donbasın bir hissəsindən imtina etməyə məcbur oldu və Putin bunu yeni hücum üçün tramplin kimi istifadə etdi. Yaxud 1994-cü ildə Ukraynaya guya təhlükəsizlik zəmanəti verilsə də, nəticə əldə olunmadı. Təbii ki, həmin vaxt Krımdan imtina etmək doğru deyildi. Necə ki, 2022-ci ildən sonra ukraynalılar Kiyev, Odessa, Xarkovdan əl çəkmədilər”. Zelenski bildirib ki, Ukrayna xalqı öz torpaqları və müstəqilliyi uğrunda mübarizə aparır: “Hazırda Donetsk və Sumi vilayətlərində əsgərlərimiz irəliləyiş əldə edirlər. Əminəm ki, biz Ukraynanı qoruyacağıq, onun təhlükəsizliyinə real təminat verəcəyik. Ukrayna xalqı dəstəyə və əvəzsiz yardıma görə Prezident Trampa, ABŞ ictimaiyyətinə və bütün tərəfdaşlarımıza həmişə minnətdar olacaq. Rusiya başladığı bu müharibəni dayandırmalıdır. Ümid edirəm ki, ABŞ və Avropadakı dostlarımızla birlikdə gücümüz Rusiyanı ədalətli sülhə məcbur edəcək”.

Qeyd edək ki, görüşdən bir neçə saat əvvəl Donald Tramp bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krımdan imtina etməklə və NATO-ya üzvlük planlarından vaz keçməklə Rusiya ilə münaqişəni dərhal dayandıra bilər.

Seçilən
40
50
1news.az

10Mənbələr