Olaylar.az Komitəyə istinadən xəbər verir ki, "Astara" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "kahı" yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı bir ədəd paletdəki kahı yüklü yeşiklərin alt hissəsindən gömrük nəzarətindən gizlədilən 34 ədəd bağlamada, ümumi təqribi çəkisi 30 kiloqram 599 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31