AZ

FT: Ukrayna hazırkı cəbhə xətti üzrə sülh razılaşmasına gedə bilər...

Ukrayna lideri Donbasdan geri çəkilmədən kompromis axtarır...

Ukrayna prezidenti Vladimir Zelenski mövcud cəbhə xətti üzrə sülh razılaşmasına razılıq verməyə hazır olduğunu bildirib.

Poliqon xəbər verir ki, Bu barədə Financial Times nəşri anonim mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Zelenskinin əsas məqsədi ABŞ prezidenti Donald Tramp ilə görüşdə Ukrayna üçün “məcburi və qeyri-mümkün şərtlər” olmadan sülh prosesini müzakirə etməkdir. Xüsusilə, Kiyevin silahlı qüvvələrinin Donbasdan çıxarılması kimi tələb Ukrayna üçün qəbuledilməz sayılır.

Nəşr qeyd edir ki, Zelenski kompromis variant kimi hazırkı cəbhə xətti üzrə müvəqqəti razılaşmaya razı ola bilər. Onun fikrincə, bu kompromis Ukrayna vətəndaşları tərəfindən də qəbul edilə biləcək.

Bundan öncə, avqustun 16-da The New York Times yazmışdı ki, Tramp Moskva ilə Kiyev arasında sülh müqaviləsinin “tezliklə mümkün ola biləcəyini” düşünür. Məqalədə qeyd olunurdu ki, əgər Zelenski Donbasın qalan hissəsini, hətta hazırda Rusiya qüvvələrinin nəzarətində olmayan əraziləri də Moskvanın nəzarətinə verməyə razılaşsa, o halda atəşkəs elan ediləcək. Bunun müqabilində isə həm Ukrayna, həm də Avropa üçün təhlükəsizlik təminatları nəzərdə tutulur.

Analitiklərin fikrincə, bu yanaşma Ukrayna cəmiyyətində ciddi siyasi müzakirələr doğura bilər. Çünki mövcud vəziyyət Zelenskinin həm daxildə ictimai dəstəyi qorumaq, həm də beynəlxalq tərəfdaşların maraqlarını nəzərə almaq kimi çətin vəzifə ilə üz-üzə olduğunu göstərir.

Poliqon.info

Seçilən
70
50
poliqon.info

10Mənbələr