Ermənistan və Belarusa qarşıdakı səfərlər İranın özəl şirkətlərinin rolunu artırmaq və əvvəllər əldə edilmiş razılaşmaları, xüsusilə də birgə investisiya layihələrini irəlilətmək məqsədi daşıyacaq.
Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.
O, səfərdən əvvəl yüksək vəzifəli şəxslərlə görüşdə çıxış edib. pizza sifarişi
Müzakirələrdə enerji, nəqliyyat, ticarət, investisiya, səhiyyə, ətraf mühit, elm, mədəniyyət və turizm də daxil olmaqla əsas sektorlar üzrə potensial əməkdaşlıq məsələləri müzakirə olunub. Rəsmilər əməkdaşlıq üçün əsas çağırışları və imkanları müəyyən edib və onların həlli üçün strategiyaları müzakirə ediblər.
Ermənistan və Azərbaycan arasında nəqliyyat dəhlizi ilə bağlı bu yaxınlarda imzalanmış sazişə də baxılıb və İranın milli maraqlarının qorunmasına xüsusi diqqət yetirilib.
Telegram kanalımız