AZ

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verib

Bakı.Trend:

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınlabağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrəməhkəmənin növbəti iclası keçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəşahidlər ifadə verib.
Şahid qismində mərkəzdə tibb bacısı vəzifəsində çalışmış FatiməBağırova ifadə verib.

O, məhkəməyə bildirib ki, təqsirləndirilən şəxslərsən Mehribanxanım və Hamlet doktoru tanıdığını, ancaq Elnur Əhmədlini isətanımır:

“Səhər işə gələndə gördüm ki, şöbəmiz yanıb, ətraf su içindədir.Şöbəmizdə olan uşaqları başqa mərkəzə göndərdilər. Məni də ezametdilər.

Təqsirləndirilən şəxslərə gəldikdə isə Mehriban xanımı mərkəzindirektoru kimi tanıyıram. Hamlet doktoru isə beşinci mərtəbədəyerləşən şöbənin müdiri olaraq tanıyıram.

Onu da yuxarı qan, plazma götürməyə gedəndə bir-iki dəfəgörmüşəm. Bizim şöbədə elektrik uzadıcılardan istifadə edilirdi,bununla bağlı qadağa qoyulmamışdı”.

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elanedilib.

Daha sonra mərkəzdə böyük tibb bacısı vəzifəsində çalışmışMəxbilə Qurbanova ifadə verib:

“Mən mərkəzdə baş tibb bacısı kimi fəaliyyət göstərmişəm. İşimtibb bacılarının fəaliyyətinə nəzarət etməkdir. Əvvəl bizdə 2 otaqolsa da, daha sonra 4 otaq edildi. Xəstə artımı çox olduğu üçünhətta otaq sayını 6 etmək istəyirdilər. Otaq sayı 2 olanda rahatişləyirdik. 4 otaq olanda küveyzlər bir-birinə çox yaxın oldu.Uşaqların say çoxluğundan otağa girmək mümkün deyildi. İş yükü çoxidi. Dəfələrlə Mehriban xanıma yükümüzün çoxluğu ilə bağlı məlumatversək də, Mehriban xanım bizə “işi bacarmayan işdən çıxabilər”,-dedi.

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elanedilib.

Növbəti proses avqustun 25-nə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika PerinatalMərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğıntəhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çoxşəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və dahaçox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işibaşlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaqidarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, MərkəzinAnesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsininYenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncümərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci iltarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənintibbi təminat resursları və potensialını nəzərə almadan xəstəqəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisəninelektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəbolmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindənMərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları,xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiyaqurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmamasıvə elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinəbildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya vəintensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və DəstəkXidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradanqaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban AbasquliyevaCinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifəsəlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyiqaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünəsəbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsindəişləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərəkonlara həmin maddələrlə nəzərdə tutulan ittiham elanedilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində"Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqifİntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarovazərərçəkmiş qismində tanınıb.

Məqalədə:
Seçilən
22
8
az.trend.az

10Mənbələr