AZ

Sırski: Ukrayna həmişə Rusiya ilə müharibəyə hazır olmalıdır, hətta sülh sazişindən sonra belə

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Aleksandr Sırski bəyan edib ki, Ukrayna sülh danışıqları və mümkün atəşkəslərə baxmayaraq, Rusiya ilə mümkün yeni hərbi qarşıdurmalara daim hazır olmalıdır.

Vətəninfo.az xəbər verir ki, RBC-Ukraynaya verdiyi müsahibədə Sırski bildirib ki, münaqişənin dondurulması və ya sülh sazişi imzalansa belə, Ukrayna ordusu öz döyüş qabiliyyətini gücləndirmək istiqamətində dayanmadan fəaliyyət göstərməlidir.

“Bütün gələcək təminatlara və danışıqlara baxmayaraq, biz həmişə Rusiya tərəfindən müharibənin davam etdirilməsinə və ya yeni formada yenidən başlamasına hazır olmalıyıq. Ən müasir, güclü, yüksək texnologiyalı bir ordu yaratmaq üçün müharibə təcrübəsini təhlil edib nəticələr çıxarmalıyıq”, – deyə general vurğulayıb.

Sırski qeyd edib ki, təhlükə hələ də qalır və Rusiya hələ də Ukraynanı tam işğal etmək niyyətindən əl çəkməyib. O, həmçinin xatırladıb ki, may ayında əldə olunan atəşkəs rejimindən Rusiya öz ordusunu yenidən qruplaşdırmaq və artilleriya, pilotsuz uçuş sistemlərini ön xəttə yerləşdirmək üçün istifadə etmişdi.

“Düşmən bu dövrdə aktiv döyüş əməliyyatları aparmasa da, mövqelərini gücləndirərək hücuma hazırlaşdı və dərhal genişmiqyaslı əməliyyatlara başladı. Bu səbəbdən biz hadisələrin istənilən inkişafına hazır olmalıyıq”, – deyə Ali Baş Komandan əlavə edib.

Sırskiyə rusların bu müharibəni daha 3, 5 və ya 10 il davam etdirə biləcəkləri ilə bağlı proqnozlara inanıb-inanmadığı sual edildikdə isə general qısa cavab verib: “Düşünürəm ki, bu, cəsarətlidir.”

Ali Baş Komandanın bu açıqlaması Ukrayna rəhbərliyinin müharibənin uzanacağı ehtimalına qarşı strateji hazırlıq planlarını gücləndirdiyini göstərir.

Seçilən
28
28
veteninfo.az

10Mənbələr