AZ

Şəhidlər xiyabanında nalayiq hərəkətlərə görə cinayət işi açıldı - RƏSMİ

Üç əcnəbinin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntü barədə araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Cebheinfo.az”-a bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

“Cebheinfo.az”

Seçilən
40
47
cebheinfo.az

10Mənbələr