AZ

Dənizkənarı Bulvar İdarəsində mənimsəmə ilə bağlı məhkəmədə ittiham aktı elan olunub

Bakı. Trend:

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarəHeyətinin sədri İlqar Musyafayev, onun köməkçisi Rəşad Bədəlov,“GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayətişi üzrə məhkəməsinin növbəti iclası keçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdədövlət ittihamçısı ittiham aktını elan edib.

İclasa ayrılan vaxt bitdiyi üçün ittiham aktının elanısonlandırılmayıb.

Məhkəmənin növbəti iclası 8 sentyabrda baş tutacaq.

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsinfəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan RespublikasınınHesablama Palatasından daxil olmuş materiallar əsasında Başprokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəaraşdırma aparılıb.

Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətininsədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov,“GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayətəlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxiletməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrininicarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinintəşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyətsahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pulvəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməkləmənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıqməbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına vəcinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdanartıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu iləmüvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyənolunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə CinayətMəcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməkləmənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu iləəldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdardavergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqlavəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifəsaxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqarMustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidaiaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isəistintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündəqətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etməkməqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinəhəbs qoyulub.

Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsindəiştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraataayrılmaqla ibtidai istintaq davam etdirilir.

Seçilən
33
18
az.trend.az

10Mənbələr