AZ

Kiyevdə çaxnaşma: Zelenski Trampın təklifi ilə razılaşmasa...

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin tezliklə bitməsi ilə bağlı son bəyanatlarından sonra Kiyevin siyasi dairələrində narahatlıq artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Kiyev narahatdır ki, əgər Prezident Volodimir Zelenski təklif olunan şərtlərlə razılaşmasa, Tramp Ukrayna tərəfini münaqişəni uzatmaqda ittiham edə və dəstəyi geri çəkə bilər.

Tramp əvvəllər bildirib ki, Zelenski müəyyən güzəştlərə razılaşarsa, Rusiya ilə münaqişəni dərhal sona çatdırmaq mümkündür. Bu güzəştlər xüsusilə Ukraynanın Krımdan imtina etməsi və NATO-ya üzvlük arzularından vaz keçməsi ilə bağlıdır.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
50
globalinfo.az

10Mənbələr