AZ

Azərbaycanda tütün istehsalı artdı – 7 ayda 564,2 milyon manatlıq məhsul

Finss.az - Azərbaycanda tütün məmulatlarının istehsalı 8 faiz artıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 564,2 milyon manatlıq tütün məmulatları istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sözügedən dövrdə ölkədə 9 072,1 milyon ədəd siqaret və siqar istehsal edilib. Bu da 9,7%-lik artım deməkdir.

Ümumilikdə, yanvar-iyul aylarında Azərbaycanda 1 118,6 ton tütün istehsal olunub. Hazır məhsul ehtiyatı isə 518,8 ton təşkil edib.

Əlavə bax: ABŞ-da kommersiya xam neft ehtiyatları 3 milyon barel artıb

 

Seçilən
54
5
fins.az

10Mənbələr