AZ

Aİ Rusiyadan LNG alışını artırıb?

Cari ilin ilin birinci yarısının yekunlarına görə, Avropa İttifaqı (Aİ) Rusiyadan boru kəməri qazını 2,9 milyard avroya, mayeləşdirilmiş təbii qazı (LNG) 4,5 milyard avroya alıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS Eurostat məlumatlarına istinadla məlumat yayıb.

Avropanın Rusiya qazının ümumi alışı illik müqayisədə 9,4% artaraq 7,4 milyard avroya çatıb.

İyun ayında Aİ Rusiyadan LNG üçün 520 milyon avro ödəyib ki, bu da ilin minimumu olub. Əsas idxalçılar Fransa (182 milyon avro), Belçika (147 milyon avro) və İspaniya (109 milyon avro) olub. Hollandiya Rusiyadan LNG alışını 82 milyon avroya qədər azaldıb. Həmin ay Aİ 360 milyon avroya Rusiya boru kəməri qazını alıb.

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen iyun ayında Rusiyadan yanacaq, o cümlədən təbii qaz və LNG-dən imtina etmək təklifini Avropa Komissiyasına təqdim edib. Təklifə əsasən, cari qısamüddətli müqavilələr 2026-cı ilin iyun ayının ortalarına qədər, uzunmüddətli müqavilələr isə 2027-ci ilin sonunadək ləğv edilməlidir. Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Avropanın Rusiya qazından həmişəlik imtina edəcəyini bildirib.

Seçilən
4
34
ikisahil.az

10Mənbələr