AZ

Müğənni Dəniz Əsədovanın cəzası artırıldı

Həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası artırılıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı hökm Binəqədi Rayon Məhkəməsi tərəfindən verilib.

Dəniz Əsədova daha bir nəfəri təhqir etməkdə və böhtan atmaqda təqsirli bilinib. Onun barəsində digər hökm də bu cəzasına birləşdirilib. Ümumilikdə, Dəniz Əsədova əvvəlki hökmlərlə bu hökm birləşdirilməklə səkkiz ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, müğənni vəkil Asim Abbasovu təhqir etməsi və böhtan atması səbəbindən yeddi ay azadlıqdan məhrum edilmişdi.

Seçilən
12
28
avtosfer.az

10Mənbələr