AZ

Yasamalda narkokuryerlərdən 27 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Bakı, 18 avqust, AZƏRTAC

Yasamal rayonunda bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı saxlanılan 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkinlə əlbir olan digər şəxslər də tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 64 yaşlı İlham Quliyev və 33 yaşlı İlkin Bağıyev saxlanılıblar. Onların avtomobilinə baxış zamanı ümumi çəkisi 11 kiloqram 465 qram olan 18 büküm marixuana aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir narkokuryer - əvvəllər məhkum olunmuş 36 yaşlı Rizvan Abıyev də saxlanılıb. Ondan isə 5 kiloqram 376 qram marixuana, həmçinin tiryək və narkotiklərin onlayn satışında istifadə etdiyi bank kartları aşkarlanıb.

Saxlanılan şəxslərin hər birinin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdikləri və ölkə ərazisində narkokuryerliyə cəlb edildikləri məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, əməliyyatlar zamanı ümümilikdə 27 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Seçilən
7
50
azertag.az

10Mənbələr