AZ

Pezeşkian İrəvandadır

Yazını böyüt
Yazını kiçilt

İran prezidenti Məsud Pezeşkian Ermənistana iki günlük rəsmi səfər edib.

Hafta.az xəbər verir ki, Armenpress-in məlumatına görə, İran prezidentini Yerevanın Zvartnots hava limanında Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.

Ermənistandan sonra İran prezidentinin Belarusa səfər edəcəyi məlumdur.

İran prezidenti Ermənistan və Belarusa gözlənilən səfərlər öncəsi Tehranda yüksək vəzifəli şəxslərlə görüşüb. İran prezidentinin rəsmi saytında dərc olunan məlumata görə, Ermənistan və Belarusla enerji, nəqliyyat, ticarət, investisiya, səhiyyə, ətraf mühitin mühafizəsi, elm, mədəniyyət və turizm sahələrində mümkün əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Bildirilir ki, tərəflər əsas çağırışları və əməkdaşlıq imkanlarını müəyyənləşdirib, onların həlli strategiyalarını müzakirə ediblər.

İclasda həmçinin İran və Ermənistan, eləcə də İran və Belarus arasında əməkdaşlığa dair qarşıda duran razılaşma və memorandumlar müzakirə edilib və onların vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Avqustun 19-da İran prezidentinin səfəri çərçivəsində İrəvanda Ermənistan-İran biznes forumu keçiriləcək.

Seçilən
19
50
hafta.az

10Mənbələr