AZ

Ağdamda yanğın törədən şəxs saxlanılıb

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 6 hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, araşdırmalar nəticəsində yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub.

O saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Seçilən
37
50
azertag.az

10Mənbələr