AZ

Pezeşkian Ermənistanda səfərdədir

İran Prezidenti Məsud Pezeşkian Ermənistana ikigünlük rəsmi səfərə gedib.

İran prezidentini İrəvanın Zvartnots hava limanında Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

Ermənistandan sonra İran prezidentinin Belarusa səfər edəcəyi məlumdur.

İran prezidenti Ermənistan və Belarusa gözlənilən səfərlər öncəsi Tehranda yüksəkvəzifəli şəxslərlə görüşüb. İran prezidentinin rəsmi saytında dərc olunan məlumata görə, Ermənistan və Belarusla enerji, nəqliyyat, ticarət, investisiya, səhiyyə, ətraf mühitin mühafizəsi, elm, mədəniyyət və turizm sahələrində mümkün əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Bildirilir ki, tərəflər əsas çağırışları və əməkdaşlıq imkanlarını müəyyənləşdirib, onların həlli strategiyalarını müzakirə ediblər.

Görüşdə, həmçinin İran və Ermənistan, eləcə də İran və Belarus arasında imzalanacaq əməkdaşlıq sazişləri və memorandumları müzakirə edilib və onların vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Avqustun 19-da İran prezidentinin səfəri çərçivəsində İrəvanda Ermənistan-İran biznes forumu keçiriləcək.

İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Belarusa rəsmi səfərə gedib.

Oxu.Az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

İkigünlük səfər zamanı ikitərəfli, xüsusilə ticari-iqtisadi sahədə əlaqələrin gücləndirilməsi, həmçinin müxtəlif sənədlərin imzalanması planlaşdırılır.

Pezeşkianın Ermənistan və Belarus rəsmiləri ilə görüşü və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edəcəyi gözlənilir.

Seçilən
42
44
editor.az

10Mənbələr