Bakı. Trend:
Hər il keçirilən Qlobal Bakı Forumu fikir mübadiləsi və birgəhəllərin işlənib hazırlanması üçün aparıcı beynəlxalqplatformalardan birinə çevrilib.
Trend xəbər verir ki, bubarədə prezident Şavkat Mirziyoyevin “Özbəkistan, Azərbaycan vəAvropa – ümumi inkişaf naminə əməkdaşlıq” adlı yüksək səviyyəligörüşün iştirakçılarına müraciətində deyilir.
"Mən öz ölkələrinin inkişafına, beynəlxalq əməkdaşlığın vəqarşılıqlı etimadın möhkəmlənməsinə böyük töhfələr verən beləmötəbər iştirakçıların - tanınmış siyasətçilərin və dövlətxadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin Daşkənddə birmeydançada toplanması təşəbbüsünə görə Nizami Gəncəvi BeynəlxalqMərkəzinə dərin minnətdarlığımı bildirirəm", - dövlət başçısı qeydedib.
Prezident müraciətində dahi özbək şairi Əlişir Nəvainin dediyikimi “şairlər sultanı” olan dahi Azərbaycan mütəfəkkiri NizamiGəncəvinin nadir yaradıcılıq irsinin qorunub saxlanılmasında vətəbliğində mərkəzin xüsusi rolunu da vurğulayıb.
Forumun əhəmiyyətindən danışan Prezident Şavkat MirziyoyevAvropa ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxdığını qeydedib.
"Regionumuzla Avropa İttifaqı ölkələri arasında stratejitərəfdaşlığın yaradılması ilə bağlı tarixi qərar qəbul edilib.Yaxın aylarda biz Aİ ilə Genişləndirilmiş Tərəfdaşlıq və ƏməkdaşlıqSazişi imzalamağı planlaşdırırıq", o əlavə edib.