AZ

Bakıdakı bu mağazalarda insanları aldadırlarmış: New Yorker , Next , Manqo və Celio

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri 2025-ci ilin yanvar-iyul ayları ərzində tərtib olunmuş inzibati xətalar haqqında protokollarla bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, inzibati xəta haqqında protokol tətbiq edilmiş şirkətlərdən biri də dünyaca məşhur "New Yorker","Next", "Manqo" və "Celio" kimi brend malların Bakı şəhərindəki mağazalarda satışını həyata keçirən "SSİ RETAİL" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Məlumata əsasən, şirkət tərəfindən qeyri-qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satılması faktı aşkar edilib. Bununla əlaqədar olaraq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddəsinin 1-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin pozulması ilə bağlı 23 iyul tarixində inzibati protokol tərtib olunub.

Qeyd edək ki, "SSİ Retail" MMC-nin qanuni təmsilçisi Qarayev Şahin Saleh oğludur. Şirkətin nizamnamə kapitalı isə 25 000 000 manat təşkil edir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
50
news.milli.az

10Mənbələr