AZ

Sibiqa: “Rusiya SOCAR-ın neft bazasına qəsdən zərbə endirib”

Rusiya Hərbi Hava Qüvvələri bu gecə Odessa vilayətində yerləşən SOCAR-a məxsus neft terminalına zərbə endirib.

Bu, son həftələrdə Azərbaycan dövlət şirkətinə edilən ikinci hücumdur.

Ukraynanın xarici işlər naziri Dmitro Sibiqa “X” sosial şəbəkəsindəki paylaşımında bildirib:

Moskva bunu qəsdən edir, Azərbaycanın maraqlarına qarşı hərəkət edir. Bu, bir daha Ukrayna və Azərbaycan arasında yeni səviyyəli əməkdaşlığın vacibliyini, həmçinin bu cür hücumlara adekvat diplomatik və hüquqi reaksiya göstərilməsinin zəruriliyini sübut edir”.

Nazirin sözlərinə görə, Rusiya tərəfindən SOCAR obyektlərinə təkrar hücumlar regionda enerji təhlükəsizliyinə də ciddi təhdid yaradır.

Musavat.com

Seçilən
54
36
editor.az

10Mənbələr