AZ

“Zelenski ya həbs olunacaq, ya da ölkədən qaçacaq”

“Ukrayna Prezidenti Vladimir Zelenskinin xüsusi hərbi əməliyyatdan (Ukrayna müharibəsi - red.) sonra yalnız iki çıxış yolu olacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər Nazirliyinin fövqəladə və səlahiyyətli səfiri, istefada olan diplomat Vasili Korçmar “Radio 1”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Zelenski ölkədə qalsa, məhkəmə qarşısına çıxarılacaq:

“Lakin bu da şübhəlidir, çünki Qərb tərəfdaşları buna mane ola bilər və Zelenski ölkəni tərk edə bilər. Bəli, onun getmək imkanı var və bu, ikinci variantdır”, — deyə Korçmar qeyd edib.
 

Diplomat əlavə edib ki, Zelenski öz taleyindən ehtiyatlanır, çünki təhlükənin onu xaricdə də izləyə biləcəyini anlayır.


Xatırladaq ki, bu gün Ağ Evdə ABŞ və Ukrayna prezidentlərinin danışıqları keçiriləcək. Bu, fevral ayında birgə mətbuat konfransı zamanı baş verən qalmaqaldan sonra onların Ağ Evdə ilk görüşü olacaq. Donald Tramp həmin vaxt bildirmişdi ki, Zelenski Krımı Rusiyanın tərkib hissəsi kimi tanısa və NATO-ya üzvlükdən imtina etsə, münaqişəni dərhal bitirə bilər.

Bizim.Media

Seçilən
75
21
bizim.media

10Mənbələr