Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Macarıstanın “Ferensvaroş” klubunun baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində evdə “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
İrlandiyalı mütəxəssis bildirib ki, özlərinə xas oyun üslubu ilə meydanda Azərbaycan çempionuna problem yarada bilərlər: “Bu iki görüşdə ən önəmlisi top buraxmamaqdır. Bilirik ki, bu mərhələdə zəif rəqib yoxdur. Getdikcə hər şey çətinləşir. Bura qədər gəlmək bizim üçün əla motivasiyadır”.
“Qarabağ”la oyunun önəminə diqqət çəkən baş məşqçi bu səbəbdən ölkə çempionatının son turunda əsas heyətin 10 futbolçusuna istirahət verdiyini vurğulayıb: “Mən oyunçularımın ürəklə mübarizə aparacaqlarını əminəm. Onlardan azarkeşləri ruhlandıracaq oyun göstərmələrini gözləyirəm".
Robbi Kin “Ferensvaroş”un 3 il öncə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirdiyi oyunları (1:1, 1:3) izlədiyini söyləyib: “Həmin matçlar tamam fərqlidir. İndi yeni futbolçular və baş məşqçi var. Geriyə baxmağı sevmirəm. Yeni çıxan heç bir “Ceyms Bond” filmi əvvəlki ilə eyni deyil”.
Mütəxəssis “Qarabağ”la oyunlarda heyətlə bağlı dəyişikliklərin ola biləcəyini istisna etməyib.
10Mənbələr
-
sherg.az"Qarabağ"la "Ferensvaroş"un gücü eynidir" - Robbi Kin ( 20460726)
-
apasport.az"Ferentsvaroş"un futbolçusu: “Əsas odur ki, öz oyunumuzu oynayaq” ( 20460318)
-
idman.biz"Ferentsvaroş"un futbolçusu 3 il əvvəlki komandaların fərqli olduğunu bildirib ( 20460135)
-
teleqraf.com"Ferensvaroş"un futbolçusu "Qarabağ"la sabahkı oyun haqda ( 20460012)
-
qol.azQarabağ la Ferensvaroş un gücü eynidir Robbi Kin ( 20459040)
-
teleqraf.com"Qarabağ"la "Ferensvaroş"un gücü eynidir" - Robbi Kin ( 20458953)
-
icma.azRobbi Kin: “Ferentsvaroş” və “Qarabağ” eyni gücdədir” ( 20458422)
-
idman.bizRobbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir" ( 20458374)
-
bakivaxti.azRobbi Kin: Ferentsvaroş və Qarabağ eyni gücdədir ( 20458257)
-
sportal.azRobbi Kin: "Qarabağ"a ciddi problemlər yarada bilərik" ( 20458161)