AZ

Rusiyada tanınmış azərbaycanlı iş adamı Yusif Xəlilov həbs edilib

Rusiyanın Voronej şəhərində tanınmış azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilov həbs edilib.


APA xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.


Məlumata görə, o, bu ilin mart ayında oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl rüşvət verməkdə təqsirli bilinir.


Qeyd edilib ki, Yusif Xəlilov rüşvətxorluq ittihamı ilə 7 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Seçilən
28
50
apa.az

10Mənbələr