AZ

Ermənistan Azərbaycan arasında yeni nəqliyyat bağlantısı gündəmdədir Paşinyan

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Vaşinqtonda biz qarşılıqlı öhdəlikləri qeydə aldıq, bunlar dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət prinsipinə əsaslanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.

O qeyd edib ki, xüsusi diqqət Azərbaycan Respublikası ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən maneəsiz nəqliyyat əlaqəsinin təmin olunmasına yönəldilib:

"Bu, bizim ölkəmiz üçün həm də beynəlxalq səviyyədə tanınan kommunikasiya təminatları və əməkdaşlıq üçün yeni perspektivlər deməkdir.

Bəyanatda qeyd olunub ki, Ermənistan Respublikası ABŞ və razılaşdırılmış üçüncü tərəflərlə birgə beynəlxalq nəqliyyat proqramı çərçivəsində sülh və rifah naminə işləməyə hazırdır".

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. 

Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
36
bakivaxti.az

10Mənbələr