ABŞ-dəki danışıqlardan sonra avqustun 19-da videokonfrans vasitəsilə Avropa İttifaqının (Aİ) fövqəladə sammiti keçiriləcək.
Bu barədə Avropa Şurasının rəhbəri Antoniu Koşta “X” sosial şəbəkəsində məlumat verib.
“Vaşinqtondakı danışıqların nəticələri barədə Aİ liderlərini məlumatlandırmaq üçün Avropa Şurasının videokonfransını çağırdım”, – deyən Koşta Aİ-nin Ukrayna üçün uzunmüddətli sülh və təhlükəsizlik təminatları üçün ABŞ ilə birlikdə çalışacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, bu gün Vaşinqtonda ABŞ və Ukrayna liderləri Donald Tramp ilə Volodimir Zelenskinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsi ilə bağlı görüşü keçirilməlidir.
MənbəREPORT