AZ

Bugecəki danışqlardan sonra Aİ fövqəladə iclas təşkil edəcək

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqustun 19-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla aparılacaq danışıqlardan dərhal sonra Avropa İttifaqının fövqəladə videokonfrans sammiti baş tutacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Avropa Şurasının rəhbəri Antonio Koşta “X” sosial şəbəkəsində paylaşıb.

“Mən Vaşinqtondakı danışıqların nəticələrini müzakirə etmək üçün Aİ liderlərini videokonfrans formatında sammitə çağırmışam”, – deyə Koşta qeyd edib.

Onun sözlərinə görə, Aİ ABŞ-la birlikdə Ukrayna üçün uzunmüddətli sülh və təhlükəsizlik təminatlarının əldə olunması istiqamətində səylərini davam etdirəcək.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
49
globalinfo.az

10Mənbələr