AZ

Bugecəki danışqlardan sonra Aİ fövqəladə iclas təşkil edəcək

  Avqustun 19-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla aparılacaq danışıqlardan dərhal sonra Avropa İttifaqının fövqəladə videokonfrans sammiti baş tutacaq.

Bu barədə məlumatı Avropa Şurasının rəhbəri Antonio Koşta “X” sosial şəbəkəsində paylaşıb.

“Mən Vaşinqtondakı danışıqların nəticələrini müzakirə etmək üçün Aİ liderlərini videokonfrans formatında sammitə çağırmışam”, – deyə Koşta qeyd edib.

Onun sözlərinə görə, Aİ ABŞ-la birlikdə Ukrayna üçün uzunmüddətli sülh və təhlükəsizlik təminatlarının əldə olunması istiqamətində səylərini davam etdirəcək.//Globalinfo.az   

Seçilən
17
50
referans.az

10Mənbələr