AZ

Tramp poçtla səsvermənin dayandırılması üçün hərəkətə keçdi

ABŞ Prezidenti Donald Tramp poçtla səsvermənin dayandırılması üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, Tramp bu barədə hərəkata başlayacağını və hərəkata rəhbərlik edəcəyini ifadə edib. Tramp poçtla səsvermənin qüsurlu və bahalı üsul olduğunu bəyan edib. ABŞ-nin hazırda dünyada poçtla səsvermədən istifadə edən yeganə ölkə olduğunu qeyd edən Tramp, digər ölkələrin seçici saxtakarlığı səbəbindən bu təcrübəni dayandırdığını bildirib.

Qeyd edək ki, Respublikaçılar Partiyası Poçtla uzaqdan səsverməyə etiraz edib. ABŞ-nin bəzi ştatlarında qanunlara görə, seçkidən sonra müəyyən müddət ərzində alınan poçt bülletenləri seçki tarixindən əvvəl göndərilibsə, hesablanır.

Seçilən
37
3
metbuat.az

10Mənbələr