AZ

Ağ Evdə ABŞ, Avropa və Ukrayna liderlərinin görüşü keçirilir

Ağ Evdə ABŞ, Avropa və Ukrayna liderlərinin görüşü keçirilir.

Far.Az "Report"a istinadən xəbər verir ki. bu barədə Ağ Evdən bildirilib.

"Biz davamlı sülhün bərqərar olması üçün çalışarkən hamımız açıq şəkildə dərhal atəşkəsə üstünlük verərdik", - Tramp deyib.

O əlavə edib ki, atəşkəsdən faydalanır, çünki bu, "öldürməni dərhal dayandıracaq", lakin müharibənin indiki mərhələsində iki ölkə arasında sülh sazişinin əldə edilməsi tamamilə mümkün olduğunu təkrarlayıb.

Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli perspektivləri "bir-iki həftə" ərzində müəyyənləşəcək. O, həmçinin Aİ liderləri və Zelenski ilə görüşdən sonra Rusiya ilə üçtərəfli görüşə səbəb olacaq razılaşmalara ümid edir. Zelenski Amerika liderinin təşəbbüsünü dəstəkləyib və yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

Görüşə ABŞ və Ukrayna liderləri ilə yanaşı, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qatılıb.

Tərəflər Moskva ilə Kiyev arasında sülh sazişinin tezliklə bağlanacağına ümid etdiklərini bildiriblər.

Seçilən
32
50
far.az

10Mənbələr