AZ

Putin Ukrayna ilə bağlı bu məsələdə razılığa gəlib – Tramp

  Rusiya Prezidenti Vladimir Putin Ukraynanın təhlükəsizliyinə zəmanət verməyə hazır olduğunu bildirib.

Bu barədə ABŞ lideri Donald Tramp açıqlama verib.

Trampın sözlərinə görə, Alyaskada keçirilən sammitdə Putin Kiyev üçün Qərbin təhlükəsizlik zəmanətlərini qəbul etməyə hazır olduğunu ifadə edib:

“Və bu, masada müzakirə edilməli olan əsas məsələdir. Kim nə edəcək, bunu dəqiq müəyyənləşdirməliyik”, – Tramp qeyd edib.

Xatırladaq ki, daha əvvəl Tramp Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında birbaşa görüşə çağırmış, münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulamışdı./Globalinfo.az  

Seçilən
6
50
referans.az

10Mənbələr