AZ

Putin Zelenski ilə görüşə razılıq verdi – Rubio

Rusiya prezidenti Vladimir Putin dünən axşam amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib.

Bakues.az xəbər verir ki, bu barədə Amerikanın dövlət katibi Marko Rubio bildirib.

“Putinin “Əlbəttə, Zelenski ilə görüşəcəm” deməsinin özü artıq əhəmiyyətlidir. Onların danışıqlardan ən yaxşı dost kimi çıxacağını və ya sülh sazişi bağlayacağını gözləmirəm. Amma indi münaqişə tərəfləri bir-biri ilə danışır – bu, son 3 ildə baş verməyib”, – Marko Rubio “Fox News” telekanalında deyib. Onun sözlərinə görə, ABŞ belə bir görüşün təşkili üçün çalışır.

Donald Tramp Ağ Evdə Ukrayna prezidenti və Avropa liderləri ilə danışıqlardan sonra Vladimir Putinə zəng edərək müzakirələrin təfərrüatlarını açıqlayıb. Daha sonra Amerika prezidenti Rusiya və Ukrayna prezidentləri arasında şəxsi görüş təşkil etmək planlarını açıqlayıb. Gələcəkdə cənab Trampın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

Seçilən
1
50
icma.az

10Mənbələr