ain.az, Bakivaxti portalına istinadən məlumat verir.
Bu ilin I yarısında Azərbaycanda dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmənin hamarlaşdırılması, habelə dövlət istiqrazları üzrə faiz xərclərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində qənaətin formalaşması proqnozlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.
2026-cı il 1 yanvar tarixinə xarici dövlət borcunun 4 milyard 874 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 20 milyard 121,3 milyon manat olmaqla ümumi dövlət borcunun 28 milyard 407,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Xarici dövlət borcunun 57,2 %-nin 5 ilə qədər, 35,4 %-nin 5-10 il ərzində, 7,4 %-nin isə10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.
Daxili dövlət borcunun 55,7 %-ni daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 14,9 %-i 1 illik, 57 %-i 2-3 illik, 30 %-i isə 5 il və daha artıq istiqrazların payına düşməsi proqnozlaşdırılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.