“Qarabağ” bu gecə UEFA Çempionlar Liqasının ilk pley-off matçında səfərdə “Ferensvaroş”a 3:1 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, matç bitən kimi “Qarabağ”lı futbolçular qələbəni Budapeşt stadionunun tribunasına toplaşan yüzlərlə azərbaycanlı azarkeşlə bayram ediblər.