AZ

İxtisas seçiminin nəticələri növbəti həftənin əvvəli ELAN EDİLƏCƏK

Sosial şəbəkələrdə ixtisas seçiminin nəticələrin bu gün elan olunacağı barədə iddialar yayılıb.

News365.az-ın məlumatına görə, AzEdu.az-a DİM-dən bildirilib ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti,  İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir:

"Bu proses müəyyən qədər vaxt tələb edir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur",- deyə DİM-dən qeyd edilib.

Seçilən
19
36
news365.az

10Mənbələr