AZ

Zığ dairəsi Hava Limanı yolunda sürət həddi endirilib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 avqust, AZƏRTAC

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
40
azertag.az

10Mənbələr