AZ

Sabirabadda yanğın törədən şəxs yaxalanıb


Avqustun 21-də Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb. Əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.

Mətləb

Seçilən
2
42
baki-xeber.com

10Mənbələr