AZ

Bu gün Azərbaycan Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Avqustun 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası keçiriləcək.

APA-nın xəbərinə görə, iclas Həştərxanda baş tutacaq.

Komissiyanın iclasında iqtisadi sahədə bir sıra sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
19
apa.az

10Mənbələr