Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində inşa olunan və tikintisi yekunlaşmaq üzrə olan Murovdağ tuneli MDB məkanında uzunluğuna görə birinci, Avropada beşinci, dünyada isə 18-ci yerdə qərarlaşıb.
Tunelin ümumi uzunluğu 11,7 kilometrdir. Layihəyə əsasən, 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq bu yeraltı keçid vasitəsilə Göygöldən Kəlbəcərə təhlükəsiz və rahat keçid təmin olunacaq.
AzTV Xəbər komandası hazırda tikintisi davam edən nəhəng infrastruktur obyektindən birbaşa bağlantı təqdim edib.