AZ

Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri dəyişdirildi

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.

Publika.az xəbər verir ki, UEFA D qrupunun 4-cü turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Seçilən
22
15
publika.az

10Mənbələr