AZ

“Şamaxı” “Sabah”la, “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlir Futbol

Misli Premyer Liqasında II turun daha iki oyunu bu gün keçiriləcək.

Publika.az xəbər verir günün ilk matçında “Sabah” “Şamaxı”nın qonağı olacaq. Qarşılaşma saat 17:00-da start götürəcək.

Meydan sahibləri ilk turda səfərdə “Neftçi” ilə heç-heçə edib -1:1. “Sabah” - “Qarabağ” oyunu isə təxirə salınmışdı.

Günün ikinci görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matç saat 19:30-da başlayacaq. Tovuz klubu I turda “İmişli”ni məğlub edib - 1:0. Naxçıvan təmsilçisi isə “Zirə” ilə bərabərə qalıb - 1:1.

Misli Premyer Liqası

1-ci dövrə, II tur

Seçilən
22
2
publika.az

10Mənbələr