Gəncədən Sankt-Peterburq avia reysi bərpa edilib
Moderator.az xəbər verir ki, təxminən 24 saat gecikmədən sonra Gəncə-Sankt-Peterburq abia reysi bərpa olunub. T AZAL-a məxsus J2 5122 təyyarəsi Gəncə Hava Limanından qalxıb. Məlumat üçün bildirək ki, təyyarənin göyərtəsində 150 sərnişin olub. Aviareys Rusiya hava məkanının bağlı olması səbəbindən gecikib.
Gəncədən Moskvanın Vnukova aeroportuna uçmalı olan AZAL-a məxsus J2 5830 avia reysi isə Gəncə Beynalxalq Hava Limanından uçmayıb.
***
Gəncədən Moskva və Sankt-Peterburqa uçmalı olan təyyarələr hələdə gecikir
Moderator.az xəbər verir ki, Gəncədən Sankt-Peterburq şəhərinə uçmalı olan AZAL-a məxsus J2 5122 təyyarə reysi 22 saat, Gəncədən Moskvanın Vnukova aeroportuna uçmalı olan AZAL-a məxsus J2 5830 avia reysi isə 16 saatdır gecikir. Buna səbəb Rusiyada hava məkanının bağlı olmasıdır.
Hər iki reyslə uçmalı olan təxminən 300 dən artıq sərnişin Gəncə Beynalxalq Hava Limanında gecələməli olub. Sərniçinlərə reyslərin nə zaman reallaşacağı ilə bağlı tam məlumat verilmir.


***
Rusiyada hava məkanının bağlanması səbəbindən Gəncədən həyata keçirilməli olan beynəlxalq uçuşlar təxirə salınıb.
Moderator.az xəbər verir ki, bu gün saat 16:40-da Gəncədən Sankt-Peterburqa yola düşməli olan AZAL-a məxsus təyyarə havaya qalxmayıb. Nəticədə onlarla sərnişin Gəncə Beynəlxalq Hava Limanında gözləməli olub.
Bundan başqa, bu gecə saat 03:05-də Gəncədən Moskva istiqamətində uçmalı olan reys də ləğv edilib. İlkin məlumata görə, Moskva reysi sabah saat 08:10-da həyata keçiriləcək.
Hazırda Sankt-Peterburq reysinin nə vaxt baş tutacağı ilə bağlı dəqiq məlumat yoxdur.
Qeyd edək ki, Gəncə–Sankt-Peterburq reysi üzrə 149, Gəncə–Moskva reysi üzrə isə 156 sərnişin uçmalı idi.